AZ

Dnepr hücumu nəticəsində üç nəfər yaralanıb

Martın 27-nə keçən gecə Rusiya pilotsuz təyyarəsinin Dneprə hücumu nəticəsində üç nəfər yaralanıb: 48 yaşlı kişi və 75 və 78 yaşlı iki qadın.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dnepr hərbi administrasiyasının rəhbəri Serhiy Lısak məlumat verib.

Atəşdən sonra bir neçə yanğın baş verib, lakin onlar səhərə qədər söndürülüblər.

Lısak bildirib ki, Dneprdə PUA-lar ondan çox çoxmərtəbəli binaya, təhsil infrastrukturuna və müəssisələrə ziyan vurub, 60-a yaxın minik avtomobili və iki yük maşını məhv edilib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
36
50
xezernews.az

10Mənbələr