AZ

Qeyri-adi təbiət HADİSƏSİ – Bu bölgədə əncir ağacı bar GƏTİRDİ - FOTO

Azərbaycanda qeyri-adi hadisə yaşanıb. Təbiət yenə öz şıltaqlıqları ilə bizləri təəccübləndirib. Belə ki, mənfi dərəcəli havada əncir ağacı meyvə gətirib.

Maraqlı olay Qax rayonunun Qaratala kəndində baş verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə Qaratala kənd sakini Ramin Abdullayevə məxsus həyətyanı sahəsində yerləşən bağdakı əncir ağacı meyvə gətirib.

 

Kənd sakininin sözlərinə görə ilk dəfədir ki, onlar da belə bir hadisə ilə qarşılaşıblar.


“Bilirsiniz ki, bizim bölgədə hava çox soyuq olur. Hətta son günlər dağ kəndlərimizə qar yağma səbəbindən havanın temperaturu mənfi dərəcəyə qədər aşağı düşüb. Buna baxmayaraq qəfildən gördük ki, əncir ağacımız bar gətirib. Ailəlikcə hamımız buna çox təəccübləndik. Çünki soyuq havada heç ağaclar belə yarpaqlar açmadığı halda əncir ağacı meyvə gətirib. Təbii ki, hava soyuq olduğundan meyvələr zəif inkişaf edib. Hətta artıq bəziləri çürümə ərəfəsindədir.

Amma yenə də bu maraqlı bir haldır.

Qeyd edək ki, Qaxda digər bölgələrdə olduğu kimi əncir adətən yay aylarında bar verir.









Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
55
45
bizim.media

10Mənbələr