1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron rayonunun Masazır kəndində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Masazır gölü ətrafında baş verib.
Hadisə zamanı Novxanı - Xırdalan istiqamətində hərəkət edən 535 nömrəli sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə ötən gün saat 16:00-da Masazır-Saray-Təzə yol avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.
"535 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, Rasim Vəliyevin idarə etdiyi "Daewoo" markalı, 50-AG-981 dövlət qeydiyyat nişanlı avtobusla Ehtiram Məmmədovun idarə etdiyi "Mercedes" markalı, 77-NE-159 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində avtobusun sərnişini - Abşeron rayon sakini Gülyanaq Cəfərova xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova