AZ

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib (FOTO)

Bakı. Trend:

“Bank Respublika”nın dəstəyilə Şuşada ilk dəfəolaraq iftar çadırları qurulub

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondununtəşkilatçılığı və “Bank Respublika”nın dəstəyilə Şuşa şəhərində ilkdəfə olaraq iftar çadırları qurulub.

Bu müqəddəs günlərdə Şuşa sakinlərinin bir araya gəlməsi vəiftar sevincini birlikdə yaşaması üçün təşkil olunan bu təşəbbüsşəhərdə xüsusi bayram atmosferi yaradıb. Şərq üslubunda bəzədilmişçadırlarda sakinlər bir araya gələrək Ramazan ayının ruhunubölüşüb, dua edib, iftar sevincini birlikdə paylaşıblar.

Aksiya müddətində yüzdən çox insan iftar süfrəsinin qonağı olub,iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçünisə, iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Bu əlamətdar hadisə, yalnız bir xeyriyyə təşəbbüsü deyil, həm dəAzərbaycan xalqının yenidən öz torpaqlarında bir araya gələrəkbirliyini və qardaşlığını qeyd etməsinin simvolu olub.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin,telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

Bank
Bank
Bank
Bank
Bank
Seçilən
63
4
az.trend.az

5Mənbələr