AZ

Xankəndidə müqəddəs Ramazan günlərində iftar çadırı qurulacaq (FOTO)

Bakı. Trend:

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən25-27 mart tarixlərində Xankəndi şəhərində iftar çadırıqurulacaq.

Trend xəbərverir ki, bu barədə "Nargis" Fondu məlumat yayıb.

Bildirilib ki, burada bölgə sakinləri və ziyarətçilər üçünmüxtəlif təamlar təqdim ediləcək.

Üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa,təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı,qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətliiftar menyusu təqdim ediləcək.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftarsüfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatılabilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar paylarıbirbaşa yaşadıqları ünvanlara göndəriləcək.

Qeyd edilib ki, 22-23 mart tarixlərində iftar çadırları Fondtərəfindən həmçinin Şuşa şəhərində qurulmuşdu.

Builki "İftar Çadırları" layihəsi Xankəndi şəhərində "BakıBeynəlxalq Dəniz Ticarəti Limanı", "Unibank", "Kolin İnşaat" və"Coca-Cola" şirkətlərinin sponsorluğu ilə keçiriləcək. Layihənintəşkilati dəstəyi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi vəAzərbaycan Dövlət Reklam Agentliyi tərəfindən təmin ediləcək.

Xatırladaq ki, "Nargis" Fondu tərəfindən "İftar Çadırları"layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir.Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlardaqonaqlar bir araya gələrək iftar sevincini birlikdəpaylaşırlar.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Seçilən
46
11
az.trend.az

10Mənbələr