
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.“Ulusum”.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib."Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə 2 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib",- deyə məlumatda qeyd edilib.
Diqqət Çəkənlər
Kral III Çarlz xərçəng müalicəsinin yan təsirlərindən əziyyət çəkir
Mixael Şumaxer acınacaqlı vəziyyətdədir
Ukrayna Silahlı Qüvvələrinin 40-dan çox döyüşçüsü itkin düşüb