AZ

Tramp iftar süfrəsi açdı - FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iftar süfrəsi açıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Tramp noyabr seçkisində göstərdikləri dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.

“Mənim administrasiyam Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün yorulmaz diplomatiya həyata keçirir və bu məsələdə hamının qeyri-mümkün hesab etdiyi tarixi Avraam razılaşmalarına əsaslanır. İndi də biz onları həyata keçirməyə başlayacağıq”, - deyə Tramp bildirib.







Bizim.Media

Seçilən
98
12
bizim.media

10Mənbələr