AZ

Kadi Borges İvan Konovalovdan üzr istədi - özü açıqladı

“Turan Tovuz”un qapıçısı İvan Konovalov Misli premyer-liqasının 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) rəqib futbolçu Kadi Borgeslə aralarındakı insidentə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib.

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib:

“Bu, ikimiz arasında olan məsələdi. O, daha sonra hərəkətinə görə üzr istədi. Odu ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.
Seçilən
93
10
football-plus.az

10Mənbələr