1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, XXVIII turun oyunu saat 16:45-də start götürəcək.
"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıblar.
Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.
Misli Premyer Liqası, IV dövrə
XXVIII tur
16:45. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
"Neftçi Arena"
19:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.