AZ

Rusiyanın məşhur videoportalı Türkiyədə bloklandı

Rusiyanın “Rutube” videoportalı Türkiyədə bloklanıb.

Publika.az xəbər verir ki, qərar Rusiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi (İKTİ) tərəfindən qəbul edilib.

Məlumata görə, portala daxil olmaq istəyən vətəndaşlar “Rutube saytına giriş İTK-nın 25 fevral 2025-ci il tarixli qərarı ilə bağlanıb” bildirişi ilə qarşılaşır.

Həmçinin, “Rutube” videoportalına giriş Türkiyənin müxtəlif mobil operatorları və ev internet provayderləri tərəfindən də bloklanıb.

Sayt eyni zamanda Türkiyənin cinayət məcəlləsindən qeyri-qanuni qumar oyunlarının terrorizmi maliyyələşdirmək üçün istifadə oluna biləcəyinə dair maddələrinə istinad edir.

Seçilən
139
28
publika.az

10Mənbələr