AZ

Bayram günü hava necə olacaq?-PROQNOZ

Martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-10°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-10°, gündüz 21-26°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq.

 

Qeyd edək ki, sabah Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Seçilən
105
49
senzor.az

10Mənbələr