AZ

Bayram günü hava necə olacaq? - PROQNOZ

Martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Korrespondent.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10°, gündüz 21-26°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq.

Qeyd edək ki, sabah Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Seçilən
150
49
korrespondent.az

10Mənbələr