AZ

"Bavariya" Erik Dayerlə bağlı qərar verdi

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Erik Dayerlə bağlı qərarını verib.

"Unikal" xəbər verir ki, Bundesliqa nəhəngi ingilis müdafiəçini komandada saxlamaq niyyətindədir. Bu barədə "Sky Sports" məlumat yayıb.

Münhen klubu artıq 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb və onunla 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Erik Dayer ötən ilin yanvar ayından "Bavariya"nın formasını geyinir. O, bu mövsüm Münhen təmsilçisinin heyətində 18 rəsmi matçda iştirak edib və 2 qol ötürməsi verib.

Seçilən
83
50
unikal.az

10Mənbələr