AZ

Azərbaycanda Ramazan bayramı qeyd olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Oxu.Az-ın məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. Qədr gecəsi "leylətul-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq" (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-dən başlayıb.
Seçilən
204
50
oxu.az

10Mənbələr