Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, belə tədbirlər ən böyük sponsor olan ABŞ-nin təşkilatdan çıxması fonunda maliyyələşdirmə problemləri səbəbindən nəzərdən keçirilir.
Son Yazılar:
- ÜST işçi heyətini AZALDACAQ
- Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd EDİB
- Təqaüddə olan polkovnik oğlu ilə eyni universitetdə OXUYUR
ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesusun bəyanatında bildirilib ki, Vaşinqtonun qərarı digər ölkələrin müdafiə xərclərini artırmaq üçün yardımı azaltması ilə birlikdə vəziyyəti əhəmiyyətli dərəcədə kəskinləşdirib.
Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp ABŞ-nin ÜST-dən çıxması haqqında fərman imzalayıb. Amerika liderinin administrasiyası onun qərarını “COVID-19 pandemiyasına yanlış münasibət”, həmçinin səhiyyə sahəsində digər qlobal böhranlarla izah edib.