Hurriyyet.az xəbər verir ki, Fransada irimiqyaslı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
Bu barədə bəyanatı "Milli birlik" partiyasının prezidenti Jordan Bardell Marin Le Penin həbsindən dərhal sonra, "CNews" telekanalına müsahibəsində verib. Bardell deyib: "Hesab edirəm ki, fransınzlar buna laqeyd qalmamalıdırlar. Biz bu həftəson nümayişlər təşkil etməyə, vərəqələr paylamağa hazırlaşırıq". Partiya lideri Le Penin işi ilə əlaqədar hökm vermiş khakimlərin ünvanına təhqirlərin və təhdidlərin yolverilməz olduğunu qeyd edib.
Dünən Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. Le Penin 2006-2016-cı illər arasında partiyaya saxtakarlıqla deputat köməkçiləri tutduğu iddia edilir.O, iki ili şərti olmaqla, 4 il ev dustaqlığına məhkum edilib. Marin Le Pen həm də 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.
Hurr Tərcüman