AZ

Oyun gec başladı, azarkeşlər 6 oturacaq sındırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəvər verir ki, iclasda Misli premyer-liqasının 28-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan”ın futbolçusunun formasında qüsur olması səbəbindən oyun gec başladığı üçün “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” tərəfindən ödənilməsi qərara alınıb.

Seçilən
54
2
football-plus.az

5Mənbələr