“Qalatasaray”ın futbolçusu Dris Mertens Belçikadan təklif var.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçinin xidmətində “Vesterlo” klubu maraqlıdır. Mertens hələlik gələcəyi barədə yekun qərarını verməyib.
Onun “Qalatasaray”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib.