AZ

Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik etdi

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Cənab Prezident, Əziz Qardaş.

 

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

 

Bayramınız mübarək!”

Seçilən
191
44
sfera.az

10Mənbələr