Fransa hakimiyyəti Milli Birlik Partiyasının lideri Marin Le Penə qarşı yeni istintaqa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Le Pen bu dəfə hakimlərə hörmətsizlik və hədə-qorxu gəlməkdə ittiham edilib.
Nəşr qeyd edir ki, təhqiqat Paris cinayət məhkəməsinin Le Penin prezident seçkilərində iştirakını beş il müddətinə qadağan edən hakimləri sərt tənqid etməsindən sonra başlayıb.
Qeyd edək ki, 2027-ci ildə keçirilməsi gözlənilən seçkilərdə Fransa prezidentliyinə əsas namizəd olan Le Penə qarşı məhkəmə 4 il şərti həbs qərarı verib. Ona 5 il siyasətlə məşğul olmaq da qadağan edilib.