ABŞ Prezidenti Donald Trampın Fransanın sağçı Milli Mitinq partiyasının həbsdə olan rəhbəri Marin Le Penə dəstək verməsi ölkənin daxili işlərinə qarışmaqdır.
“Report” xəbər verir ki, bu fikirləri Fransanın Baş naziri Fransua Bayru “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
"Bəli, müdaxilə dünyanın qanununa çevrilib. Birincisi, böyük siyasi müzakirələr üçün artıq sərhəd yoxdur. Burada baş verən hər şey Vaşinqtona ötürülür", - o, jurnalistin məsələ ilə bağlı sualını cavablandırıb.