AZ

“Fənərbağça” “Qalatasaray”a qarşı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçiriləcək.

Demokrat.az xəbər verir ki, günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılacaq. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Türkiyə Kubokunda 1/4 final mərhələsinə aprelin 3-də “Beşiktaş” – “Göztəpə” oyunu ilə yekun vurulacaq.

Seçilən
202
1
demokrat.az

2Mənbələr