AZ

Siyahıda Azərbaycan da var

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb.

Valyuta.az qafqazinfo-ya istinadən xəbər verir ki, tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var.

Belə ki, ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Həmçinin Tramp yeni tətbiq edilən rüsumlarla əlaqədar ABŞ-də aprelin 2-ni "Qurtuluş günü" elan edib.

Qeyd edək ki, ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.

Seçilən
103
8
valyuta.az

10Mənbələr