AZ

Xaçmazda 8 otaqlı evdə yanğın

Xaçmazda 8 otaqlı evdə yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Həsənqala kəndində ümumi sahəsi 250 m² olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
102
17
axar.az

10Mənbələr