AZ

Bu xanım Trampa meydan oxudu: Ala bilməyəcəksiniz

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın ilhaq və satınalma haqqında tez-tez danışdığı Danimarkanın yarı muxtar bölgəsi olan Qrenlandiyaya səfər edib.

Publika.az xəbər verir ki, Frederiksen Qrenlandiyanın yeni hökuməti ilə görüşmək üçün getdiyi paytaxt Nuukda açıqlamalar verib.

Baş nazir qrenlandiyalıların Danimarka daxilində bərabər hüquqlara sahib olması üçün əlindən gələni edəcəyini bəyan edib: "ABŞ Qrenlandiyanı ala bilməyəcək. Qrenlandiya qrenlandiyalılara aiddir. İlk növbədə xarici siyasət, təhlükəsizlik strategiyaları və geosiyasi məsələləri müzakirə etməliyik. Bu çətin prosesdə birlikdə hərəkət etməliyik".

Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen Frederiksenin səfərini alqışlayaraq "Danimarka Qrenlandiyanın ən yaxın tərəfdaşıdır" deyib.

Seçilən
177
17
publika.az

10Mənbələr