AZ

Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda hərbi xidmətdən və təlim toplanışlarından yayınmaya görə cəzaların sərtləşdirilməsi planlaşdırılır.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin layihəsi hökumətin iclasında təsdiqlənib.
Çağırışdan yayınmaya görə həbs müddətinin iki-beş ildən üç-altı ilə qədər artırılması, təlim toplanışlarından yayınmaya görə isə bir ildən üç ilə qədər (hazırda iki ilə qədərdir) müəyyən edilməsi təklif olunur.
Ədliyyə Nazirliyinin hazırladığı qanun layihəsi baxılmaq üçün parlamentə təqdim ediləcək.
Seçilən
254
50
oxu.az

10Mənbələr