1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyada 1 apreldə başlayan yaz hərbi çağırışının son 14 ilin ən genişmiqyaşlı çağırış kampaniyası olacağı bildirilir.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, yaxın üç ay yarım ərzində təxminən 160 min gənc müddətli hərbi xidmətə çağırılacaq.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu qədər yeni əsgəri son dəfə 2011-ci ildə çağırıb.
Qeyd edilir ki, SSRİ-nin dağılmasından bəri ən az sayda müddətli hərbi qulluqçu 2022-ci ilin payızında çağırılıb və onların sayı 120 min nəfər olub. Rekord göstərici isə 2009-cu ildə qeydə alınıb. Həmin dövrdə 305,6 min gənc hərbi xidmətə çağırılıb.