Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın bu ilin aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası ilə və biznes forumun təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.Azərbaycan və Moldova arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı qeyd olunub.
Qeyd olunub ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var.