Aprelin 3-də İrkutsk vilayətinin Usolski rayonunda Tu-22M3 bombardmançı təyyarəsi planlı uçuş zamanı qəzaya uğrayıb. Dörd ekipaj üzvü atılmağı bacarıb.
Onlardan biri eniş zamanı dünyasını dəyişib. Qəzaya səbəb texniki nasazlıq olub.
Bildirilir ki, qəza zamanı təyyarə elektrik xətlərini zədələyib. Nəticədə ətraf kəndlərdə 210 ev işıqsız qalıb. Hazırda elektrik enerjisinin verilişi bərpa olunub.
//Samir Qurbanov, Editor.az