Almaniya və Avstriya Serb Respublikasının Prezidenti Milorad Dodik və daha iki siyasətçinin ölkələrinə girişini qadağan edəcək.
"Ölkə.az" xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lührmann bəyanatlarında bildiriblər.
“Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniyanın Avropa və İqlim məsələləri üzrə dövlət naziri Anna Lührmann Sarayevoda birgə görüşdə Bosniya və Herseqovinadakı vəziyyəti müzakirə ediblər”, – mətndə deyilir.
Qeyd olunub ki, Bosniya və Herseqovinada konstitusiya böhranına xüsusi diqqət yetirilib. Maynl-Rayzinger və Lührmann konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görülməsi ilə razılaşırlar.
Maynl-Raynzinger və Lührmann sözlərinə görə, Dodik qırmızı xətləri keçib, Qərbi, Balkan ölkəsinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü təhdid edir.(Report)