AZ

Çindəki amerikalı məmurlara sevgi QADAĞASI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökuməti Çindəki amerikalı dövlət qulluqçularına, onların ailə üzvlərinə və məxfi məlumatlara icazəsi olan podratçılara Çin vətəndaşları ilə romantik və ya seksual münasibətlərdə olmağı qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadla məlumat paylaşıb.
Onların sözlərinə görə, belə bir qadağanı ABŞ-nin Pekindəki səfiri Nikolas Börns tətbiq edib.
Mənbələr qeyd ediblər ki, Çin vətəndaşları ilə artıq münasibətləri olan amerikalı məmurlar onlar üçün istisna etmək xahişi ilə müraciət edə bilərlər. Əgər onlar rədd cavabı alsalar, məmurlar ya münasibətləri kəsməli, ya da vəzifələrini tərk etməlidirlər.
Qaydaya əsasən, qadağanı pozan istənilən kəs Çini dərhal tərk etməlidir.
Seçilən
223
6
oxu.az

10Mənbələr