Əfqanıstanda 140 yaşlı adam tapılıb.
Əfqanıstanın şərqindəki Xost əyalətində yaşayan140 yaşında olduğu güman edilən şəxs dünyanın ən yaşlı insanı ola bilər .
Bu barədə Operativ Media Tolo News kanalına istinadən məlumat verir.
Akel Nazirin 100 nəfərlik ailəyə sahibdir.
O televiziya müsahibəsində bildirib ki, Əfqanıstan Britaniyadan müstəqillik qazandığı zaman (1919-cu il) təxminən 30 yaşında idi. Akel Nazirin Əfqanıstanın kralı Amanullah Xanın hakimiyyətini və Britaniyanın idarəçiliyindən müstəqillik günü qeydini yaxşı xatırladığını qeyd edib.
Əgər həmin şəxsin 140 yaşı sənədlərlə və ya hesablamalarla təsdiqlənərsə, o dünyanın ən yaşlı insanı kimi qeydiyyata alınacaq.