AZ

Gəncədə ağır qəza: Ata öldü, övladı yaralandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talıb Cabbarov ölüb. Avtomobildə olan qızı Gülnarə Cabbarova (2006) xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam edir.
Qəzada digər şəxslər Münasib Hüseynov (1993), Zülfiyyə Hüseynova (1999) yaralanıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Həmin görüntüləri təqdim edirik:
Seçilən
211
50
oxu.az

10Mənbələr