Boliviyada bir-birinə rəqib olan qızıl mədənçi qrupları arasında toqquşma nəticəsində azı altı nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə
Hadisə cümə axşamı səhər tezdən paytaxt La-Pasdan təxminən 150 kilometr şimal-qərbdə yerləşən Sorata şəhəri yaxınlığındakı Yani mədən düşərgəsində baş verib. Qızıl yatağına giriş uğrunda münaqişə zamanı tərəflərdən biri dinamitdən istifadə edib ki, bu da bir neçə evi dağıdan və elektrik kəsintisinə yol açan güclü partlayışla nəticələnib.
Prokurorlar artıq hadisə yerinə gəliblər. Kooperativlərdən birinin hüquqşünası Coni Silvanın sözlərinə görə, ölənlərin meyitləri dağıntılar altından çıxarılsa da, bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur.