1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Misirdə sirk tamaşası bədbəxt hadisə ilə bitib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, tamaşaçılardan biri hadisəni anbaan telefonu ilə qeydə alıb.
Belə ki, Misirdə sirk tamaşası zamanı pələng təlimçiyə hücum edib. Təlimçi sağ qalsa da, sağ qolunu itirib.
İlkin açıqlamalara görə, pələngin təlimçiyə hücum etməsi onun bir neçə gün ərzində qida ilə təmin edilməməsi ilə əlaqədardır.