Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yıması UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda ikinci oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Litva komandası ilə qüvvəsini sınayacaq.

Matç Litvanın paytaxtı Vilnüsdə yerləşən “Jalgiris” stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da çalınacaq.

Görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, milli komandamız birinci turda Monteneqro ilə heç-heçə oynamışdı - 0:0. 

4 aprel
Litva (Qadınlar) - Azərbaycan (Qadınlar)
Jalgiris stadionu. Saat 19:30
Baş hakim: Marina Zechner
Baş hakimin köməkçiləri: Biljana Iskin, Linda Thieme
Dördüncü hakim: Lena Hirtl

(Hakimlər briqadası Avstriyadandır)