Misli Premyer Liqasında XXX turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, bu gün ilk qarşılaşma Tovuzda baş tutacaq.

Yerli "Turan Tovuz" turnir cədvəlindəki qonşusu "Sabah"ı qəbul edəcək.

Dördüncü pillədə qərarlaşan Kurban Berdiyevin komandası həm "qara zolaq"dan çıxmağa, həm "Sabah"ı yaxına buraxmamağa, həm də ilk "üçlüy"ə yaxınlaşmağa çalışacaq. Tovuzlular son 5 turda qələbə qazana bilmirlər (2 heç-heçə, 3 məğlubiyyət). 

Bu prinsipial görüşün mətnlə canlı gedişini, eləcə də oyunla bağlı maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz. 

12 aprel

“Turan Tovuz” – “Sabah” 2:1

Ayxan Hüseynov, 56; Joarlem Santos, 57 - Anatoli Nuriyev, 14

Qırmızı vərəqələr: Kurban Berdiyev, 18; Pavel Safranko, 45+2

Tovuz şəhər stadionu. Saat 17:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Emin Cəfərov