AZ

Bakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında virusa yoluxan uşaqlardan biri xəstəxanadan çıxarılıb.
Birliyin rəhbəri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında belə deyib.
O qeyd edib ki, rotavirusa yoluxan uşaqlardan biri artıq sağalıb və xəstəxanadan buraxılıb, digər üç uşağın müalicəsi isə davam edir.
"Ötən gün daha bir uşağı da xəstəxanaya aparmalı olmuşduq. Hazırda hər üç uşağın vəziyyəti stabildir. Sığınacaqdakı uşaqların da müalicəsi bitib. Aralarında yeni yoluxan yoxdur", - deyə K.Ağazadə bildirib.
Xatırladaq ki, aprelin 1-də "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşağın rotavirusa yoluxması ilə bağlı məlumat vermişdik.
Əzizə İsmayılova
Seçilən
185
50
oxu.az

10Mənbələr