
Aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Yeniavaz.com xbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.