1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan Aİ ilə SGC-nin ikinci fazası ilə bağlı razılıq əldə edəndə qarşı tərəf bu zəmanətlərin olmayacağını bəyan etmədi. Biz ümid edirdik ki, eyni şəkildə bu əməkdaşlığı davam etdirəcəyik. Amma Aİ-nin bu istiqamətdə siyasəti dəyişdi".
Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O, sözlərinə belə davam edib:
"Biz bu layihəyə qarşılıqlı maraq doğuran layihə statusu belə ala bilmədik. Avropa maliyyə qurumları bu layihələrin maliyyələşdirilməsinə razılıq vermədilər. SGC-nin iki fazasının həyata keçirilməsi üçün uzunmüddətli müqavilələr, zəmanətlər olmalıdır".
Məhərrəm Əliyev