AZ

Ermənistan prezidenti Aİ-yə qoşulma prosesini başlatmaq haqqında qanunu imzaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Avropa İttifaqına (Aİ) qoşulma prosesini başlatmaq haqqında qanunu imzalayıb.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat prezidentin Mətbuat Xidməti tərəfindən yayılıb.
Xatırladaq ki, 26 mart tarixində Ermənistan parlamenti Aİ-yə qoşulma prosesini başlatmaq haqqında qanun layihəsini ikinci və son oxunuşda qəbul edib.
Layihə bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü əsasında irəli sürülüb ki, bunun üçün 60 min vətəndaşın imzası toplanıb (Ermənistan Konstitusiyasına görə, vətəndaş təşəbbüsləri qanun layihələrinin parlamentdə müzakirəsi üçün ən azı 50 min imza toplamaq lazımdır).
Seçilən
206
50
oxu.az

10Mənbələr