AZ

Sevgilisini döyən futbolçunu hansı cəza gözləyir?

“Qornik Leçna”nın futbolçusu Sebastyan Şitnievski həbs cəzası ala bilər.

Publika.az xəbər verir ki, o, sevgilisinə fiziki və mənəvi təzyiq göstərməkdə ittiham olunur. Bu barədə “Sportowefakty.wp.pl” məlumat yayıb.

Sebastyan martın 25-də Lüblin şəhərindəki mənzildə saxlanılıb. Gecəni həbsdə keçirdikdən sonra rayon prokurorluğa aparılıb. Ona qarşı ittiham irəli sürülüb. Şitnievskini 3 aydan 5 ilə qədər həbs gözləyir.

Şübhəli günahını etiraf etməyib və həmin gün ev dustaqlığına buraxılıb. Futbolçu polis nəzarətindədir. Bundan əlavə, qurbana 50 metrdən az məsafədə yaxınlaşa bilməz.

Seçilən
131
50
publika.az

10Mənbələr