Oxu.Az-ın məlumatına görə, tədqiqat DBL layihəsi çərçivəsində GAIA orbit teleskopu və WHT yerüstü teleskopundan istifadə edilərək aparılıb.
Alimlərin sözlərinə görə, onlardan biri - WDJ181058.67+311940.94 ulduz sistemi "Herkules" bürcündə, Yer kürəsindən 159 işıq ili uzaqlıqda yerləşir. Bu sistemdəki ağ cırtdanlar bir-birindən 2,5 milyon km məsafədədir (bu, Yer ilə Günəş arasındakı məsafədən 60 dəfə azdır) və onların ümumi kütləsi Günəşin kütləsini 1,55 dəfə üstələyir. Bu da onu Yerə ən yaxın 1a tipli supernova namizədi edir.
Ulduzların birləşməsi nəticəsində supernova partlayışının təxminən 23 milyard ildən sonra baş verəcəyi ehtimal edilir.
Mütəxəssislərin sözlərinə görə, belə sistemlərin yaxınlıqdakı qalaktikalarda aşkarlanması onların kifayət qədər çox olduğunu göstərir.