AZ

İşin içindən iş çıxdı - 3 həftə "Neftçi"yə kömək etməyəcək

“Neftçi”nin legioneri sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Renosuke Ohori Azərbaycan kubokunun ilk yarımfinal mərhələsinin “Sabah”a qarşı keçirdikləri oyunda (1:2) zədələnib.

Yapon futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Matçın 66-cı dəqiqəsində əvəzlənən Ohorinin üç həftəyə yaxın komandasına kömək edə bilməyəcəyi bildirilir.

“Neftçi” Premyer Liqanın 29-cu turunda “Şamaxı” ilə qarşılaşacaq.

Seçilən
174
2
sportinfo.az

10Mənbələr