AZ

Braziliya millisinin sabiq üzvü xəstəxanaya yerləşdirildi

“Fənərbaxça”nın sabiq futbolçusu, hazırda “Sao Paulo”da oynayan Luis Qustavo xəstəliyə tutulub.

Msport.az xəbər verir ki, bu barədə “Sao Paulo”nun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçi sinəsindəki ağrılara görə həkimə müraciət edib. Ona ağciyər tromboemboliyası diaqnozu qoyulub. Futbolçunun müalicəsinə başlanılıb. O, xəstəxanada müalicə alacaq.

Qeyd edək, Braziliya millisinin sabiq üzvü Qustavo 2019-2022-ci illərdə “Fənərbaxça”da oynayıb.

Seçilən
88
18
msport.az

10Mənbələr