1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəmənin paytaxtı Sənanı, Hodeydə limanını və ölkənin şimalının böyük hissəsini nəzarətində saxlayan hüsilərə ("Ənsar Allah" hərəkatı) qarşı cənubdan və şərqdən quru əməliyyatı hazırlıqları davam edir.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, əməliyyat cənubdan və şərqdən, həmçinin sahilboyu zonada başlayacaq, Hodeydəni geri qaytarmaq üçün Səudiyyə Ərəbistanı və ABŞ-nin hərbi-dəniz qüvvələrinin dəstəyi ilə həyata keçiriləcək.
Analitiklər ABŞ-nin bir neçə xüsusi təyinatlı dəstə istisna olmaqla, quru qoşunları bölgəyə göndərməyəcəyini deyirlər. Onların fikrincə, Vaşinqton Yəmən hökumətinə sadiq qüvvələrə bəzi maddi-texniki təminat və vacib sursatlar təqdim edə bilər.