AZ

Burkina-Faso, Mali və Niger Əlcəzairdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb

“Sahel Dövlətləri Alyansı” konfederasiyasının üzvləri olan Burkina-Faso, Mali və Niger, Əlcəzair ordusunun keçən həftə Malinin pilotsuz uçuş aparatını vurmasından sonra həmin ölkədəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə hazırda Alyansın sədri vəzifəsini tutan Malinin müvəqqəti prezidenti Assimi Qoitanın yayılmış kommünikesində deyilir.

“Konfederasiyanın dövlət başçıları martın 31-dən aprelin 1-nə keçən gecə Kidal (Mali) bölgəsindəki Tinzauatena şəhərində Əlcəzair rejiminin düşmənçilik hərəkəti nəticəsində Mali Respublikasının Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının məhv edilməsindən təəssüflənirlər”, - məlumatda deyilir.

Konfederasiyanın dövlət başçıları “Mali Respublikası silahlı qüvvələrinin pilotsuzuçuş aparatının məhv edilməsini Konfederasiyanın bütün üzv ölkələrinə qarşı yönəlmiş təcavüz və terrorizmi təşviq etmək və regionda sabitliyin pozulmasına töhfə vermək üçün xəyanətkar üsul” hesab edirlər.

Bununla əlaqədar olaraq Burkina-Faso, Mali və Niger Əlcəzairdə akkreditə olunmuş səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəliblər.

Seçilən
220
50
report.az

10Mənbələr