AZ

Mikayıl Cabbarov Pakistana səfər edəcək

Sabah Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək.

Məlumat Pakistanın xarici işlər nazirliyinin saytında dərc edilib.

Məlumatda qeyd olunur ki, səfər zamanı M.Cabbarov Baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşəcək. O, baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

Mənbə: oxu.az

Seçilən
199
13
oxu.az

10Mənbələr