Azərbaycanın Su-25 hücum təyyarəsi Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış SOM ŞAHİN qanadlı raketinin atış sınaqlarını uğurla başa çatdırıb. TÜBİTAK-dan verilən açıqlamada “SOM-B1 raketi TÜBİTAK tərəfindən hazırlanmış sapand sistemi və Təyyarə Avtonom Atış Sistemi (UBAS) vasitəsilə Azərbaycan Su-25 təyyarəsindən uğurla buraxılıb”.
Atışlar 2024-cü ildə Türkiyədəki sınaq meydançasında həyata keçirilib.Su-25 LAÇİN hücum təyyarəsindən atılan SOM ŞAHİN qanadlı raketi (Azərbaycana xas SOM-B1 konfiqurasiyası) uzaq məsafədən hədəfi uğurla vurub. Beləliklə, Azərbaycanın ilk dəfə 2018-ci ildə elan etdiyi SOM qanadlı raketlərinin alınmasının ən mühüm mərhələsi başa çatıb.
TÜBİTAK-SAGE tərəfindən hazırlanmış və Roketsan tərəfindən kütləvi istehsal edilən SOM, Türkiyənin ilk havadan atılan qanadlı raketi kimi tanınır. Azərbaycanın SOM alması mühərrikə qoyulan embarqo səbəbindən reallaşa bilməyib. Ancaq Türkiyənin yerli istehsal olan Kale KTJ-3200 turbojet raket mühərrikini istifadəyə verməsi ilə ixracın yolu açıldı.
SOM ŞAHİN qanadlı raketi Azərbaycan tərəfindən Su-25 platformalarında və AKINCI hücum PUA-larında istifadə olunacaq. Bu çərçivədə yaxın gələcəkdə AKINCI İHA platformasından SOM qanadlı raketi ilə inteqrasiya sınaq atışlarının həyata keçirilməsi gözlənilir.
SOM sisteminin modul strukturu oxşar raket sistemləri ilə müqayisədə daha çox əməliyyat çevikliyini təmin edən müxtəlif variantlara imkan verir.
230 kq döyüş başlığına malik raketin ümumi kütləsi təxminən 600 kq-dır. Raketin ümumi uzunluğu təxminən 4 metr, uçuş məsafəsi isə 250 kilometrdən çoxdur.