ABŞ-nin cənub ştatlarında güclü tufan və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Ölkə.az xəbər verir ki, bu barədə hökumət rəsmilərinə istinadən “ABC News” məlumat yayıb.
“Çərşənbə günündən bəri kəskin hava şəraiti nəticəsində azı 20 nəfər ölüb, o cümlədən Kentukki ştatında avtobus dayanacağına gedərkən sel suları tərəfindən aparılmış 9 yaşlı uşaq da var”, - nəşr yazır.
Güclü yağış və qasırğadan zərər çəkmiş yaşayış məntəqələrində xilasetmə qrupları işlərini davam etdirir. Qeyd olunur ki, hazırda altı ştatda ölümlər var: Tennessi, Missuri, Kentukki, İndiana, Arkanzas və Missisipi.
Bir neçə ştatda infrastruktur zədələnib: yollar su altında qalıb, ağaclar və elektrik xətləri uçub. Nəşrin məlumatına görə, son bir həftə ərzində 90-dan çox tornado hadisəsi qeydə alınıb.
Həmidə İbrahimova